Xarici ölkə vətəndaşları 9 ay ərzində Gürcüstanda nə qədər pul xərcləyiblər
11:29 / 21.10.2019
2019-cu ilin
yanvar-sentyabr aylarında Gürcüstanda qeyri-rezident banklarda
plastik kartlar vasitəsi ilə 2,053 milyard lari həcmində əməliyyat
həyata keçirilib.
Bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur. 2018-ci ilin
yanvar-sentyabr aylarında Gürcüstanda xarici ölkə vətəndaşlarının
bank kartları vasitəsilə xərclədikləri pulun miqdarı 1,608 milyard
lari təşkil edib.
Gürcüstan Milli Bankının statistikasına görə, 2019-cu ilin
yanvar-sentyabr aylarında bankomatlardan 1,036 milyard lari
çıxarılıb, post terminallar vasitəsi ilə isə 1,017 milyard lari pul
ödənib.
2018-ci ilin eyni dövrünə olan məlumata görə, qeyri-rezident
bankların kartları vasitəsi ilə bankomatlardan 810,4 milyon lari,
post-terminallar vasitəsilə isə 798,6 milyon lari ödənilib.