Xəstəliklərə Milli Nəzarət və İctimai
Sağlamlıq Mərkəzinin baş direktoru Amiran Gamğrelidzenin bəyanatına
görə,
Gürcüstanda qripə qarşı peyvəndlər noyabrın
ilk günlərindən başlayacaq.
Gamğrelidzenin qeyd etdiyinə görə, peyvəndlər risk qruplarına
əvvəlcədən bölüşdürülüb.
“Pulsuz peyvəndlər Gürcüstana 29 oktyabrdan daxil olacaq və proses
risk qrupları üçün noyabrın başlanğıcından başlayacaq. Bu barədə
artıq müqavilə imzalanıb. Onun çərçivəsində Gürcüstana 100 mindən
artıq qripə qarşı peyvənd daxil olacaq”, – Amiran
Qamğrelidze bəyanat verib.
Mənbə: Birinci
Kanal