Keçmiş Tbilisi meri Davit Narmania SEMEK-in sədri seçilib
Keçmiş Tbilisi meri Davit Narmania Gürcüstan Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri seçilib. Səsvermə zamanı komissiyanın dörd üzvü iştirak edib və hamısı Narmanianın namizədliyini dəstəkləyib.

Narmaniyanın namizədliyinin seçilməsi prosesi oktyabrın 1-də keçirilməli idi, lakin səsvermə həmin vaxt təxirə salınmışdı. Səsvermənin təxirə salınmasına səbəb Xatuna Qoqorişvilinin açıqlaması olmuşdu, açıqlamaya əsasən, Konstitusiya prezidentə yalnız SEMEK-in üzvünün namizədliyini irəli sürməsinə icazə verdiyi bildirilmişdir. Bu açıqlamadan sonra parlament sədri "əlavə müşavirə" səbəbindən səsvermə müddətini təxirə saldı.

David Narmania 2012-ci ilin oktyabrın 25-dən 2013-cü ilin 14 aprelinə kimi Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edib və 2017-ci ilə qədər isə Tbilisi meri vəzifəsini tutub. 2017-ci ildən isə SEMEK-in üzvüdür.

Print Email
FaceBook Twitter Google