TRASEKA-nın baş katibi – Gürcüstan Asiya və Avropanın kəsişməsində yerləşdiyi üçün çox mühüm bir ölkədir
Gürcüstan Asiya və Avropa kəsişməsində yerləşdiyi üçün çox mühüm bir ölkədir, – bu barədə bəyanatı “Tbilisi İpək Yolu Forumunda” iştirak etmək üçün Gürcüstana gəlmiş TRASEKA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) baş katibi Mirça Çiopraqa verib.

“TRASEKA forumu Çin və Avropa arasında yaxın əməkdaşlıq üçün çox önəmlidir. Bu forum biznesə də yardım edir. Ölkənin və biznesin inkişafı üçün məhsulların asan tranzitini təmin edir”, – TRASEKanın baş katibi deyib.

Tbilisi İpək Yolu forumu iki gün davam edəcək və oktyabrın 23-də başa çatacaq.

Forumda 60-dan artıq ölkənin 2000-dən artıq nümayəndəsi, o cümlədən 30-dan artıq rəsmi nümayəndə heyəti və 400-ə qədər xarici özəl sektor nümayəndəsi iştirak edəcəklər.

Forumda Özbəkistan və Ermənistan baş nazirlərinin müavinləri, digər ölkələrin ticarət, energetika və nəqliyyat nazirləri, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər və jurnalistlər iştirak edəcəklər.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google