Yol-nəqliyyat hadisəsi zamanı biri azyaşlı uşaq olmaqla iki nəfər xəsarət alıb
Tbilisin Çar Tamara prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı iki avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər yaralanıb, onlardan biri azyaşlı uşaqdır. Yaralılar təcili tibbi yardım xidməti əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başlayıb. Həmin maddə nəqliyyat vasitəsinin təhlükəsizliyi və ya istismarı qaydasının sağlamlığa ağır və ya qismən ağır xəsarət vurulması ilə nəticələn pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google