Azərbaycanda erkən evliliyin cinayət olduğunu əks etdirən video hazırlanıb - Video
Azərbaycanda erkən evliliyə qarşı "Güc
birlikdədir" haşteqi ilə video hazırlanaraq sosial şəbəkədə
paylaşılıb. Hazırlanmış videoda erkən evlilik qurbanı olan qızın
toy günü evdən qaçması, sonda isə valideynlərin övladlarına qarşı
etdikləri səhvi başa düşdükləri əks olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində qadını
nikaha məcbur etmək və nikah yaşına çatmamış şəxsə qarşı eyni
hərəkətlər cinayət hesab olunur.