Bera İvanişvilinin sözlərinə görə, Amazon meşələrinin bərpası üçün 1,1 milyon dollar köçürəcək
Bera İvanişvili video müraciət yayımlayıb. O, müraciətində deyir ki, Amazon meşəsindəki yanğınların nəticələri ilə mübarizə aparmaq üçün 1,1 milyon ABŞ dollar köçürməyə qərar verib.

Bera İvanişvili müraciətində qeyd edir ki, qeyd olunan məbləği meşə yanğını ilə mübarizə aparan ISA təşkilatına köçürəcək və onlara etibar edir. Bera İvanişvilinin sözlərinə görə, Braziliyalı fanatlar onu ailə üzvü kimi qəbul ediblər və indi “bizimlə faciə arasında dayanan” Braziliyalı dostlarına kömək etmək istəyir.


“Mən qərar verdim ki, 1,1 milyon dolları həmin təşkilata hədiyyə edim. Bu məbləğ mənim qənaətim və ailəmin töhfəsidir. Hər bir töhfə əhəmiyyətlidir. Biz birlikdə bacaracağıq”, – İvanişvili deyib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google