“Salam biz gəldik!”- Gürcüstan Azərbaycanlı gəncləri
Gürcüstanın Azərbaycanlı gəncləri Qardabanili coğrafiya müəlliminə dəstək olaraq video müraciət hazırlayıblar.

“Salam, biz gəldik!” – gənclərin müraciəti belə başlayır və onlar öz icmalarında olan problemləri ictimailəşdirməyə, erkən evlilik və qızların zorla qaçırılmasına etiraz etməyə çağırırlar.

“Gəlirik ki, icmamızn və cəmiyyətimizin problemlərini səsləndirək! Gəlirik ki, ədalətsizliyə qarşı mübarizə aparaq! Gəlirik ki, qızların zorla qaçırılmasına və erkən evliliyə etiraz edək! Gəldik ki, müəllimlərimizə, həkimlərimizə, alimlərimizə, mühəndislərimizə dəstək olaq! Gəldik ki, öz mədəniyyətimizi və tariximizi qoruyaq! Həmid, sən tək deyilsən... Müəllimə toxunma, əgər deməyə sözün varsa, mənə de. Mən Həmidəm...Biz də Həmidik!”- gənc fəallar əhaliyə müraciət edirlər.

Print Email
FaceBook Twitter Google