Zuqdididə baş vermiş yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Zuqdidi-Cvari-Mestia avtomagistralın Natsuluki hissəsində baş verən yol qəzasında 1 nəfər ölüb, daha üç nəfər ağır yaralanıb.

Hadisə zamanı "Opel" və "Volkswagen" markalı avtomobillər toqquşublar. Toqquşma nəticəsində "Opel" markalı avtomobil alışaraq yanıb.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası xəsarət alanları Zuqdidi Referral Xəstəxanasına aparıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı istintaq aparılır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google