Gürcüstanın 10 ən böyük ticarət tərəfdaşı olan ölkələr
2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (elan edilməmiş ticarət istisna olmaqla) 9 193 735 800 dollar təşkil etmişdir.

Milli Statistika Xidmətinin məlumatına görə, bu göstərici əvvəlki ilə nisbətən 0,5 faiz yüksəkdir.

2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki on ən böyük ticarət tərəfdaşının payı 66,7 faiz təşkil edib.

Ölkənin ən böyük ticarət tərəfdaşları bunlardır:
  • Türkiyə – 1 293 834 700 dollar
  • Rusiya – 1 032 502 600 dollar
  • Çin – 772 378 400 dollar
  • Azərbaycan – 754 855 600 dollar
  • Ermənistan – 464 137 200 dollar
  • Ukrayna – 463 182 300 dollar
  • ABŞ – 393 598 500 dollar
  • Almaniya – 356 040 700 dollar
  • Rumıniya – 303 471 600 dollar
  • Bolqarıstan – 294 956 600 dollar

Mənbə: BPN

 

Print Email
FaceBook Twitter Google