Gürcüstanın 10 ən böyük ticarət tərəfdaşı olan ölkələr
2019-cu ilin yanvar-sentyabr aylarında
Gürcüstanın xarici ticarət dövriyyəsi (elan edilməmiş ticarət
istisna olmaqla) 9 193 735 800 dollar təşkil
etmişdir.
Milli Statistika Xidmətinin məlumatına görə, bu göstərici əvvəlki
ilə nisbətən 0,5 faiz yüksəkdir.
2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici
ticarət dövriyyəsindəki on ən böyük ticarət tərəfdaşının payı 66,7
faiz təşkil edib.
Ölkənin ən böyük ticarət tərəfdaşları
bunlardır:
- Türkiyə – 1 293 834 700
dollar
- Rusiya – 1 032 502 600
dollar
- Çin – 772 378 400
dollar
- Azərbaycan – 754 855 600
dollar
- Ermənistan – 464 137 200
dollar
- Ukrayna – 463 182 300
dollar
- ABŞ – 393 598 500
dollar
- Almaniya – 356 040 700
dollar
- Rumıniya – 303 471 600
dollar
- Bolqarıstan – 294 956 600
dollar