Qardabaninin istilik elektrik stansiyasının 200 nəfər yaxın əməkdaşı etiraza davam edir
Qardabaninin istilik elektrik stansiyası “Tbilsresin” 200 nəfərə yaxın əməkdaşı etiraz etməyə davam edir. Gürcüstan Energetikasının Fəhlələrdən ibarət Peşə İttifaqının sədri Amiran Zeniaşvili Netgazetiyə bildirib ki, işlə təmin edənlərlər görüşdə tərəflər razılığa gələ bilməyib.

Zeniaşvilinin sözlərinə görə, işlə təmin olunanlar əmək haqlarının 50%, eləcə də gecə saatlarında maaşın 20% artırılmasını tələb edirlər. Ancaq işlə təmin edənlər onların əmək haqqının yanvar ayından yalnız 20 faiz artırılmasını təklif ediblər və işlə təmin olunanlar bununla razılaşmayıb və etiraza davam edirlər:

“Bizim tələbimiz belə idi ki, 50% əmək haqqı artırılsın. Rəhbərlik dedi ki, bir yanvardan 20% artıracaq. Eləcə də mükafat verilməsi ilə bağlı da tələb var idi. Onunla da razılaşdırlar ki, əgər işə davam etsək 3 gün ərzində verəcəklər. Üçüncü tələb isə bu idi ki, gecə saatlarında çalışmaqla bağlı əmək haqqı 20 faiz artırılsın. Sığorta məsələlərindən də söhbət aparılırdı, ancaq əsas tələb əmək haqqının artırılması idi”, - Zeniaşvili deyir.

Onun sözlərinə görə etiraz 3 gündür ki, davam edir və bütün çalışanlar orada iştirak edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google