Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da...
09 Noyabr 2019-cu
il
Qoç - aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru,
vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma
ətrafınızdakı adamlar razı deyil. Onların fikirlərini dəyişmək üçün
xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız,
rəqiblər sizi üstələyəcək.
Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə
bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr
ala bilərsiniz.
Buğa - alış-veriş etmək istəyən insanlar üçün uğurlu gündür.
Aldığınız əşya işinizə yarayacaq və xərclədiyiniz pula
heyfislənməyəcəksiniz.
Yeni tanışlıqlar istisna deyil. Tanış olmaq istədiyiniz insanın
davranış və sözlərinə ciddi diqqət yetirin - aldana bilərsiniz.
Yeni işlərə ehtiyatla başlayın - axı onlar ilk baxışdan göründüyü
təki sadə deyil. Fəqət bu gün maraqlı işlər beyninizi məşq etdirmək
və yeni, böyük işə başlamaq üçün hazırlıq ola bilər.
Əkizlər - yaxın ətrafınızdakı insanlar üçün faydalı işlər görsəniz
də, özünüzü yaddan çıxarmayın. Münaqişələrin aradan qaldırılması,
anlaşılmazlıqların çözülməsi üçün uğurlu gündür.
Bəzi adamların addım və qərarlarını bəyənməsəniz də, qıcıqlanmayın.
Sadəcə, həyatın qəribəliyi və insanların da müxtəlif olmaları
barədə düşünün.
Bu gün müttəfiq axtarışları üçün əlverişlidir. Nüfuzlu tanışlar və
etibarlı yardımçılar peyda ola bilər. Sizdən alınmış borcların bir
qismi qaytarıla bilər. Gəlirlər də istisna deyil. Kredit almaq üçün
müraciət etmək olar.
Xərçəng - bu gün hazır olmadığınız dəyişikliklər, qəfil hadisələr
olacaq. Lakin narahat olmayın və təmkinli davranın. Səbrli olsanız,
hər şey istədiyiniz kimi olacaq.
Yeni layihələrə başlamağa tələsməyin. Əvəzində çoxdan başladığınız
işləri başa vurun, sonra isə bir qədər dincəlin. İfrat yük və
zəhmət zərərlidir.
Günün ikinci yarısı qonaq qəbul etmək üçün yaxşı vaxtdır. Mühüm
saydığınız məsələləri dostlarla müzakirə edin. Maraqlandığınız
məsələlərə gözlənilməz cavablar alacaqsınız. Alış-verişi şər
qarışana qədər edin.
Şir - bu gün işlər həddən ziyadə çoxdur və onların arasında
vurnuxursunuz. Amma şikayətlənməyin - bütün işləri başa
vurmalısınız. Özünüzə yardımçılar axtarın. Bütün işləri təkbaşına
görmək istəsəniz - heydən düşəcəksiniz.
Yeni ideyaları həyata keçirin, yaxşı düşünülmüş eksperimentləri
reallaşdırın və gün uğurlu olacaq.
Bu gün başlanacaq romantik münasibətlər parlaq, qeyri-adi olacaq.
Artıq romantik münasibətlər varsa, həmin təmaslarda yenilik olacaq.
Sevdiyiniz insanlarla səmimi olmaqdan utanmayın, istəkləriniz və
gözləntiləriniz barədə açıq danışın.
Qız - enerjili, qətiyyətli, inadkarsınız. Sadalanan məziyyətləriniz
bu gün sizi birmənalı olmayan situasiyalar, işdə həmkarlarınızla
münasibətlərdə problemlərlə qarşılaşdıra bilər. Gələcəklə bağlı
planlarınıza düzəlişlər etməyə imkan verən yeni informasiyalarr
alacaqsınız.
Günün ikinci yarısında əhvalınız dəyişəcək. Daha sakit olacaq,
aramla davranacaqsınız. İndiyədək sizə çox mühüm iş təsir
bağışlayan işlər arxa plana keçəcək. Gözlənilməz, amma xoş
təkliflərin alınması istisna olunmur.
Tərəzi - özünüzün və başqalarının problemlərinin həlli üçün
əlverişli gündür. Mühüm işlərlə ikinci dərəcəli məsələləri
qarışdırmayın, gərəkli məqamlara diqqət yetirin. Fəaliyyətinizin
effektiv olmasına çalışın.
Gəlir əldə edə bilərsiniz.
Mübarizə istəyi güclü olduğundan düşünülməmiş addımlar atmayın.
Lakin qətiyyətli mübarizəyə başlasanız, qələbə şansı az deyil.
Bununla bahəm, sizə yaxın insanların hissləri barədə düşünün.
Əqrəb - ailə-məşiət qayğıları, ev üçün alış-veriş sizə problem
yaratmayacaq.
Diqqətinizi ailə qayğılarına və evə yönəldir. Lakin ailə üzvləriniz
izafi xərclər tələb edə bilərlər. Valideynlər çox yəqin ki,
uşaqlarının təşəbbüslərinin xərcini çəkməli olacaqlar.
Baş verənləri faciə kimi qəbul etməyin. Sadəcə, yaxın adamlarınız
bu gün daha aktivdirlər.
Axşam saatlarında psixoloji problemlər yaşamağa cəhd göstərməyin.
Gün uzun olsa da, artıq başa çatmaq üzrədir.
Oxatan - ailə və məişət qayğıları bu gün fikrinizi cəmləşdirməyə
mane olacaq. Maliyyə imkanlarını yaxşılaşdırmağa şərait yarandığı
halda ailə problemləri və həll olunmamış məsələlər sizin irəliləyiş
sürətinizi aşağı salacaq.
Müalicə və işlə bağlı problemlər yarana bilər. Eyni zamanda, yaxın
adamla mübahisə də istisna deyil.
İş yoldaşınız, həkim, xidmət sahəsində çalışan adam sizə yaxşı
məsləhət verə bilər.
Oğlaq - bu gün sizin üçün həddən ziyadə məhsuldar olacaq. Enerjili
olmaqla yanaşı, məntiqlisiniz. İstəmədiyiniz işi sizə gördürə
bilməyəcəklər. Tapşırıq nə qədər çətindirsə, onu bir o qədər şövqlə
yerinə yetirmək istəyirsiniz.
Yeni tanışlarınız sizdən razı qalacaqlar.
İnsanlar barədə tələsik qərar verməyin, onlara diqqətlə baxın. Yeni
münasibətlərin başlanması istisna deyil.
Lakin həmin münasibətlər istədiyiniz məcrada və formada inkişaf
etməyəcək.
Dolça - kiçik problemlər və ətrafdakı insanlarla müəyyən
anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar
sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl
çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar
tapmağınız istisna olunmur.
Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün
əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini
başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul
edə bilərsiniz.
Balıqlar - bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan
mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və
yardımçılar qəflətən peyda ola bilər. Planlaşdırılmamış gəlirlər də
mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala
bilərsiniz.
Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik,
rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantiki görüş yaxşı
keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz
etmək üçün əlverişli gündür.