Qızlar, siz tək deyilsiniz! – “Salam” platformasının yeni müraciəti
“Salam” hərəkatı yeni video yayımlayıb. Videoda Gürcüstan Azərbaycanlı qızların və Gürcüstanın müxtəlif regionlarından tələbələr erkən evlilik və təhsil hüquqlarını diqqətə yetirirlər.

Videoda validyenlərə, atalara müraciət edirlər ki, öz qızlarına təhsil almaq, dünyanı görmək, peşə sahibi olmaq imkanı yaratsınlar.

Videoda əsas aksent güman edilən qurban qızların tək olmamasına diqqət yetirilib.



“Salam” – etnik Azərbaycanlı gənclərin yaratdığı platformadır. Platforma ictimaiyyətdəki problemlər haqqında danışmaq və gürcü cəmiyyətində etnik azlıqlara qarşı yaranmış təsəvvürləri dəyişmək üçün yaradılıb. Platforma ilk dəfə Qardabanili coğrafiya müəlliminə dəstək videosu yazıb.

“Salam, biz gəldik!” – gənclərin müraciəti belə başlayır və onlar öz icmalarında olan problemlərin ictimailəşdirilməsi, erkən evliliyin və qızların zorla qaçırılmasına etiraz etmək üçün gəlirlər.


Print Email
FaceBook Twitter Google