İşğal olunmuş Abxaziyada meşə yanır
İşğal olunmuş Abxaziyada meşə yanğınları ilə mübarizə davam edir. İşğal olunmuş Abxaziya ərazisində meşə yanğınları ötən gün meydana gəlib. Psxu kəndi yaxınlığında meydana gələn yanğın 10 hektar ərazini əhatə edib. Bu barədə məlumatı qondarma rejimin Fövqəladə Hallar Xidmətinə istinadən Rusiya mətbuatı yayıb.

“Yanğın texnikanın gedə bilmədiyi yüksək dağlıq ərazilərə yayılıb. Yanğının söndürülməsi yalnız xüsusi aviasiya vasitəsilə mümkündür”, – qondarma rejimin Fövqəladə Hallar Xidməti tərəfindən yayımlanan məlumatda bildirilir.

Qondarma rejimin Fövqəladə Hallar naziri Lev Kvitsinianın məlumatına görə, onlar kömək üçün Rusiyaya müraciət etməyi düşünürlər.


Print Email
FaceBook Twitter Google