Qiorqi Qaxaria – Proporsional seçkilər ölkənin demokratik inkişafı üçün mütləq atılmalı olan bir addımdır və ümid edirəm ki, hər bir deputat səsvermə zamanı bu məsuliyyəti dərk edəcək

“Proporsional seçkilər ölkənin demokratik inkişafı üçün mütləq atılmalı olan bir addımdır və ümid edirəm ki, hər bir deputat səsvermə prosesində iştirak edən zaman, ölkənin demokratik inkişafının və hər bir vətəndaşın qarşısında olan məsuliyyətini dərk edəcək”, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Qiorqi Qaxaria bugünkü hökumət iclasında verib.



Qiorqi Qaxaria qeyd edib ki, sıfır baryerlə, proporsional seçkilərin keçirilməsi ilə bağlı qərar, iqtidar komandası tərəfindən ölkədə demokratik proseslərin sürətləndirilməsi məqsədi ilə verilib.

“Bu məsələ ilə bağlı mövqeyimiz eynidir və xüsusilə vurğulamaq istəyirəm ki, proporsional seçki sistemi ölkənin demokratik inkişafı üçün mütləq atılmalı olan bir addımdır”,
– Q. Qaxaria deyib.

 

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google