Saakaşvili: İvanişvili ya sabah proporsional sistemi qəbul edəcək ya da pis nəticə əldə edəcək
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili parlament çoxluğu tərəfindən proporsional sistemə keçid haqqında qanunlayihəsinə səsvermənin bir daha təxirə salınmasına Facebookda rəy bildirib.

Saakaşvili bildirib ki, Bidzina İvanişvili “ya sabah proporsional sistemi qəbul edəcək, ya da yaxın vaxtlarda çox pis nəticə əldə edəcək”.

Hakimiyyət 20-21 iyun aksiyalarından sonra vəd verdi ki, parlament seçkiləri 2024-cü il əvəzinə 2020-ci ildə proporsional sistemlə keçiriləcək. Ancaq 12 noyabrda parlament müzakirəsi zamanı “Gürcü Arzusunun” deputatlarının bir hissəsi məsələni dəstəkləməklə bağlı fikirlərini dəyişiblər.

Səsvermə ilk əvvəl 13 noyabra təyin olundu, ancaq ona qədər “Gürcü Arzusu”nun ofisində çoxluğun sistemi baç tutdu. İclasda Bidzina İvanişvili də iştirak edib. İclas başa çatdıqdan sonra Bidzina İvanişvili və çoxluğun əksəriyyəti dəyişiklikləri dəstəkləyib, ancaq majoritar deputatlar buna qarşı çıxıb. Onların bir hissəsi bildirir ki, əgər parlament bu dəyişikliyi dəstəkləməzsə onlar deputat mandatını tərk edəcəklər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google