Saakaşvili: İvanişvili ya sabah proporsional sistemi qəbul edəcək ya da pis nəticə əldə edəcək
12:12 / 14.11.2019
Gürcüstanın
keçmiş prezidenti Mixeil Saakaşvili parlament çoxluğu tərəfindən
proporsional sistemə keçid haqqında qanunlayihəsinə səsvermənin bir
daha təxirə salınmasına Facebookda rəy
bildirib.
Saakaşvili bildirib ki, Bidzina İvanişvili “ya sabah proporsional
sistemi qəbul edəcək, ya da yaxın vaxtlarda çox pis nəticə əldə
edəcək”.
Hakimiyyət 20-21 iyun aksiyalarından sonra vəd verdi ki, parlament
seçkiləri 2024-cü il əvəzinə 2020-ci ildə proporsional sistemlə
keçiriləcək. Ancaq 12 noyabrda parlament müzakirəsi zamanı “Gürcü
Arzusunun” deputatlarının bir hissəsi məsələni dəstəkləməklə bağlı
fikirlərini dəyişiblər.
Səsvermə ilk əvvəl 13 noyabra təyin olundu, ancaq ona qədər “Gürcü
Arzusu”nun ofisində çoxluğun sistemi baç tutdu. İclasda Bidzina
İvanişvili də iştirak edib. İclas başa çatdıqdan sonra Bidzina
İvanişvili və çoxluğun əksəriyyəti dəyişiklikləri dəstəkləyib,
ancaq majoritar deputatlar buna qarşı çıxıb. Onların bir hissəsi
bildirir ki, əgər parlament bu dəyişikliyi dəstəkləməzsə onlar
deputat mandatını tərk edəcəklər.