Parlamentin giriş darvazasına yenidən qıfıl vurublar
Müxalifət nümayəndələri Parlamentin giriş darvazalarından birinə yenidən qıfıl vurublar və bundan əlavə, Gürcüstan və Avropa İttifaqının bayraqları ilə bağlayıblar.

Müxalifət liderləri bildiriblər ki, bu dəfə polis zənciri kəsə bilməyəcək, çünki bu halda dövlət simvoluna – Gürcüstan bayrağına zərər vuracaq ki, bu da qanunla qadağandır.

“Parlamentin girişini bağladığımız qıfılları bayraqlara bükmüşük. Bayraqların kəsilməsi cinayətdir və ümid edirəm ki, polislər bayrağı kəsməyə cəsarət etməzlər. Gürcüstan bayrağı Gürcüstan Parlamentini qoruyur və xalqın tərəfindədir. Bizim dinc, sakit fəaliyyət planımız qüvvədədir və yenə başqa addımlarımız olacaq”, – Vaşadze deyib.

Print Email
FaceBook Twitter Google