Vətəndaşlar dövlət məmurları tərəfindən yol verilən pozuntularla bağlı meriyanın Daxili Audit Xidmətinə müraciət edə bilərlər
Marneuli meriyasında Daxili Audit Xidmətinin məlumat nömrəsi çalışır. Yenilik meriyanın rəsmi veb-səhifəsinə yerləşdirilib. Məlumatın analizi üçün dörd əsas komponent qeyd olunub, ancaq mətndə nədən söhbət getdiyi tam şəkildə aydın olmur.



Demək olar ki, bu nömrə bir növ anlaşılmazlıq yaradır. Meriyada artıq qaynar xətt fəaliyyət göstərir (591 95 95 09), ancaq meriyadan bildirdiklərinə görə, bu ikisi bir-birindən həqiqətən fərqlənir. Təfərrüatları meriyanın Daxili Audit Xidmətinin rəhbəri Beso Nijaradze izah edir və deyir ki, qeyd olunan nömrəyə zəng vuran zaman (+995) 591 97 68 51 vətəndaşlar Daxili Audit Şöbəsi ilə əlaqə saxlayacaqlar və orada dövlət məmurları ilə bağlı öz “etirazlarını” bildirə bilərlər.

“Vətəndaşın dövlət məmurlarından narazılığı olduğu halda birbaşa Daxili Audit Xidmətinə müraciət edə bilər. Bu məlumat mərkəzinin əsas məqsədi budur. Hər hansı dövlət məmurunun yerinə yetirdiyi funksiya və öhdəlikləri, ümumiyyətlə bu mərkəz hər şeyi əhatə edəcək. Yəni dövlət məmurunun fəaliyyət prosesinə görə hər bir vətəndaşa, yerli sakinə hüququnun pozulması, hansı növ hüquqdan söhbət getdiyi, dövlət məmuru tərəfindən hansı qayda pozuntusuna yol verildiyi ilə bağlı öz mövqeyini bildirmək imkanı verilir”, – Beso Nijaradze deyir və bildirir ki, dövlət məmuru tərəfindən qayda pozuntusu daxili auditin funskiyasını aşarsa və başqa risklər qeydə alınarsa, bu halda meriya müxtəlif strukturlara müraciət edəcək.

Meriyanın Daxili Audit Xidmətindən bildirirlər ki, ehtiyac olduğu halda tərcüməçi xidməti də mümkün olacaq.

Print Email
FaceBook Twitter Google