Aksiyada 18 nəfər həbs olunub - DİN bəyanat yayımlayır
DIN-nin məlumatına görə aksiyada 18 nəfər həbs olunub.

“Bu gün Daxili İşlər Nazirliyi Parlamentin binası qarşısında gedən aksiya zamanı inzibati xətalar məcəlləsini nəzərə alaraq qayda pozuntusuna görə 18 nəfəri həbs edib. Qeyd olunan şəxslər Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi (Hüquq müdafiə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamaq) və 166-cı maddəsi (xuliqanlıq) ilə nəzərdə tutulmuş qanun pozuntusuna görə həbs olunublar.

Qanunverici orqan binasının ətraf küçələrində və Rustaveli prospektində aparılan təmizləmə işləri və avtomobilin hərəkəti bərpa olunacaq. DİN-nin bölmələri ictimai təhlükəsizlik və qanunu qorumaq məqsədi ilə Rustaveli prospektində qalırlar. Polis bütün vətəndaşları qanuni tələblərə riayət etməyə çağırır. DİN qayda pozuntusu qeydə alınan hər bir fakta polis tərəfindən reaksiya göstəriləcək”,
- DİN-nin yayımladığı bəyanatda deyilir.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google