Aksiyanın dağıdılması nəticəsində üç nəfər klinikaya yerləşdirilib - nazirlik
Səhiyyə Nazirliyinin məlumatına görə, parlament qarşısında 18 noyabr aksiyasının dağıdılmasından sonra təcili yardım ekipajı üç nəfəri tibbi müəssisəyə yerləşdirib.

Onlardan biri polisdir və baş nahiyəsindən xəsarət alıb və Qafqaz tibb mərkəzinə yerləşdirilib. O, müvafiq müayinələrdən keçirilir.

Nazirliyin məlumatına görə 44 yaşlı bir vətəndaş döş qəfəsindəki ağrılarla İnqoroğva klinikasına yerləşdirilib. Onun ümumi vəziyyəti qənaətbəxşdir və hazırda müayinələr aparılır. Üçüncü xəstə isə “Nyu Hospitals”a yerləşdirilirb. O, 27 yaşlı kişidir və əhali sıxlığında huşunu itirib. Onun vəziyyəti də stabildir.

Aksiyanın dağıdılması nəticəsində inzibati qaydaya əsasən 18 nəfər saxlanılıb. Onlar polisə müqavimət göstərməkdə və xuliqanlıqda ittiham olunurlar.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google