"Parlament fəaliyyətini yeniləyib" - Arçil Talakvadze

“Parlament fəaliyyətini yeniləyib”, – Parlament sədri Arçil Talakvadze büronun bugünkü iclasında bildirib. Büro iclası polislər tərəfindən Parlament binası ətrafından aksiya iştirakçılarının uzaqlaşdırılmasından sonra baş tutub.


Talakvadzenin sözlərinə görə, baxmayaraq ki, 2020-ci ildən proporsional seçki sisteminə keçid təşəbbüsü yetərli səs toplamadı, bu dəyişiklik 2024-cü ildən qüvvəyə minəcək və bu “Gürcü arzusu” tərəfindən aparılan konstitusional islahatın nəticəsidir.

“Konstitusional dəyişiklik təşəbbüsünün yetərli səs toplamaması faktı bizim vətəndaşların bir hissəsinin narazılığına səbəb oldu. Əlbəttə, onların dinc etiraz etmək haqqı var və bu hüququ qorunur və qorunacaq da. Təəsüfedicidir ki, müxalifətin bəzi nümayəndələri yenə öz tərəfdaşlarını səhv yola yönəltdi və bizim son 2 gün ərzində gördüyümüzə əsasən dinc etirazdan kənara çıxdılar. Parlamentin bağlanmasını nəzərdə tuturam”, - Talakvadze bildirib.

Talakvadzenin sözlərinə görə, o, dünən parlament müxaliftinin liderləri ilə əlaqə saxlayıb və onlardan xahiş edib ki, qanunvericilik çərçivəsinə qayıtsınlar.

“Onlara təklif etdim ki, parlamentdə müzakirə aparaq, siyasi prosesi qaytaraq, siyasi debat olsun və onların mövqeləri olan hər hansı məsələni müzakirə etməyə hazırıq, bunların hamısı Gürcüstan parlamentində baş versin”, - Talakvadze bildirib.

Talakvadze büro üzvlərinə parlamentin bağlanması zamanı aksiya iştirakçıları tərəfindən binanın girişinə vurulan qıfılları göstərib və deyib ki, onları simvolik olaraq müxalifətə verəcək.

“Parlament müxalifətinin bir hissəsi canlı yayımda parlamentin darvazalarına qıfıl qoyublar, bu adamlar kimdirlər – bu adamlar zamanında insan hüquqlarına, mediaya, özəl əmlaka, institutlara, ölkə azadlığı ideyasına qıfıl vuran adamlardır. Bunların hamısını onlar tərcümə edirdilrə və mənimsənilmiş media vasitələri ilə ictimaiyyəti inandırırdılar ki, bu azadlıq və demokratiyadır. Onlar bu gün çalışırdılar ki, Gürcüstan parlamentinə qıfıl vursunlar. Ona görə də onlara xatirə olaraq vermək istəyirəm və simvolik olaraq sındırılmış qıfılı və zənciri qaytarmaq istəyirəm. Bu qıfıl və zəncir simvolik olaraq onların dövlətə və vətəndaşlara qarşı dəyər və yanaşmasını əks etdirir. Onlar bunu saxlamalıdırlar ki, vətəndaş hüquqlarına, dövlət əmlakına, mediaya və institutlara, heç parlamentə də qıfıl vura bilməyəcəklərini həmişə xatırlasınlar”, - Arçil Talakvadze bildirib.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google