Parlament sədri Arçil Talakvadze
müxalifətə iki təkliflə müraciət edib – proporsional
seçki sisteminə keçidlə bağlı debate parlamentə keçirsinlər və
seçki qanunvericiliyinin formalaşdırılması ilə bağlı çalışmalarını
ATƏT-in tövsiyyələri çərçivəsində davam
etdirsinlər.
Bu təkliflərə baxmayaraq Talakvadze deyir ki, 2020-ci ilin
parlament seçkiləri demokratik və azad mühitdə, “bu gün
Konstitusiyada əks olunan model və ardıcıllıqla” keçiriləcək.
“Mən müxalifətə təklif edirəm ki, məsələlər parlament
debate formatında aparılsın, əgər onların arqumentləri varsa və
yalnız bu gün etiraz edən öz tərəfdarlarını deyil, geniş
ictimaiyyəti inandıra bilərlərsə, o zaman parlament debatının bir
hissəsindən istifadə etsinlər, debata qoşulsunlar və ictimaiyyətə
göstərsinlər ki, bu arqumentlər onların müraciət etdiyi
destabilizasiya cəhdinə (əlbəttə, dəymir) dəyir.
Əlbəttə,dəymir.
İkinci təklif budur ki, ATƏT-in tövsiyyələri çərçivəsində seçki
qanunvericiliyi üzərində çalışmalar prosesinə davam edək. Çünki bu
iş prosesi zamanı biz, beynəlxalq tərəfdaşlarla, siyasi həmkarlar
və vətəndaş cəmiyyəti ilə birgə seçkilər üçün vacib məsələləri
müzakirə edəcəyik. Müxalifətə müraciət edirəm ki, bu imkandan
yararlansın, prosesə qoşulsun ki, bizim payız sessiyasında ATƏT-in
tövsiyyəsi çərçivəsində başladığımız islahatı sona
çatdıraq”, - Arçil Talakvadze bildirir.