Gürcüstanda söz və ifadə azadlığı qorunur - Kaladze aksiyanın dağıdılmasından sonra
“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze
deyir ki, Gürcüstanda söz və ifadə azadlığı qorunur.
Parlament qarşısındakı aksiyanın
dağıdılmasından sonra onun mediaya verdiyi ilk şərhi belə olub.
“Bu gün səhərdən bu adamlar dövlət institutlarının
qanunsuz bloka salınmasına davam etdilər, parlamentə daxil olan
adamları təhqir edirdilər və mitinq iştirakçılarının sayının az
olmasına baxmayaraq yolun hərəkət olunan hissəsini bağlamışdılar və
bununla qanunu kobud şəkildə pozurdular” - Kaladze
deyib.
Onun sözlərinə görə, polis yüksək mütəxəssislik göstərib və
kvalifikasiyalı şəkildə hərəkət edib. Nizam-intizamı bərpa edib və
prosesləri qanun çərçivəsinə qaytarıb.
Qısa şəkildə
son günlərin hadisələri
Hazırda parlament binası bağlı deyil. Aksiya
iştirakçıları deyirdilər ki, heç bir deputata daxil olmağa icazə
verməyəcəklər. Girişlərdə çadırlar quurlmuşdu və Avropalı Gürcüstan
bütün girişlərə simvolik olaraq qıfıl vurdu.
Xüsusi təyinatlılar parlamentin mərkəzi girişində aksiyanı dağıtmaq
üçün sudan istifadə edib, sonra isə Rustaveli prospektində
avtomobil yolunu azad ediblər. Eləcə də girişləri açıblar.
Aksiyanın dağıdılması nəticəsində ən az 18 nəfər saxlanılıb. Bu
əməliyyatdan sonra deputatlar parlamentə daxil olub və büro iclası
keçiriblər.
Aksiya Tbilisi küçələrində Bidzina İvanişvili vədini yerinə
yetirmədikdən sonra başlayıb. Seçki sistemi 2020-ci ildən tam
proprosional sistemə keçməli idi. Hakim partiyanın bu qərarı
müxalif partiyaları ümumi tələb ətrafında birləşdirib.