Gürcüstanda söz və ifadə azadlığı qorunur - Kaladze aksiyanın dağıdılmasından sonra
“Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze deyir ki, Gürcüstanda söz və ifadə azadlığı qorunur. Parlament qarşısındakı aksiyanın dağıdılmasından sonra onun mediaya verdiyi ilk şərhi belə olub.

“Bu gün səhərdən bu adamlar dövlət institutlarının qanunsuz bloka salınmasına davam etdilər, parlamentə daxil olan adamları təhqir edirdilər və mitinq iştirakçılarının sayının az olmasına baxmayaraq yolun hərəkət olunan hissəsini bağlamışdılar və bununla qanunu kobud şəkildə pozurdular” - Kaladze deyib.

Onun sözlərinə görə, polis yüksək mütəxəssislik göstərib və kvalifikasiyalı şəkildə hərəkət edib. Nizam-intizamı bərpa edib və prosesləri qanun çərçivəsinə qaytarıb.

Qısa şəkildə son günlərin hadisələri

Hazırda parlament binası bağlı deyil. Aksiya iştirakçıları deyirdilər ki, heç bir deputata daxil olmağa icazə verməyəcəklər. Girişlərdə çadırlar quurlmuşdu və Avropalı Gürcüstan bütün girişlərə simvolik olaraq qıfıl vurdu.

Xüsusi təyinatlılar parlamentin mərkəzi girişində aksiyanı dağıtmaq üçün sudan istifadə edib, sonra isə Rustaveli prospektində avtomobil yolunu azad ediblər. Eləcə də girişləri açıblar. Aksiyanın dağıdılması nəticəsində ən az 18 nəfər saxlanılıb. Bu əməliyyatdan sonra deputatlar parlamentə daxil olub və büro iclası keçiriblər.

Aksiya Tbilisi küçələrində Bidzina İvanişvili vədini yerinə yetirmədikdən sonra başlayıb. Seçki sistemi 2020-ci ildən tam proprosional sistemə keçməli idi. Hakim partiyanın bu qərarı müxalif partiyaları ümumi tələb ətrafında birləşdirib.

Mənbə: On
Print