Gürcüstanda il yarım ərzində 84 nəfər iş qəzası nəticəsində həyatını itirib
15:36 / 05.12.2019
Gürcüstanda bir il yarım müddət ərzində
(2018-ci il və 2019-cu ilin yanvar-iyunu) 84 nəfər iş qəzası
nəticəsində dünyasını dəyişib.
İPN-ə bu haqda məlumatı DİN-dən təqdim
ediblər.
Məlumata görə 2018-ci ildən 2019-cu ilin iyun ayına qədər iş qəzası
nəticəsində 270 nəfər xəsarət alıb.
DİN-tərəfindən verilən məlumata əsasən 2018-ci ildə iş zamanı 59
nəfər dünyasını dəyişib və 199 nəfər xəsarət alıb.
2019-cu ilin 6 ayı ərzində işlərin yerinə yetirilməsi zamanı
xəsarət alanların sayı 71 nəfərdir, həmin dövrdə 25 nəfər isə
həyatını itirib.
Xatırladaq ki, Gürcüstanda əmək təhlükəsizliyi haqqında yeni qanun
2019-cu ilin martında qəbul olunub, tam olaraq isə sentyabrdan
qüvvəyə minib. Sentyabra qədər üzvi qanun ancaq daha çox təhlükə
daşıyan ağır, zərərli və təhlükəli işlərə aid idi. Həmin qanun
sentyabrdan iqtisadi işlərin bütün sektorlarında çalışan şəxslərin
təhlükəsizliyi nəzərdə tutur.