Marneuli İctimai Kitabxanası şagirdlər üçün müsabiqə elan edir

Marneulinin İctimai Kitabxanası “Yeni il hekayəsi/şeiri yaz” adlı müsabiqə elan edir.

Kitabxana rəhbəri Lana Xexelaşvilinin sözlərinə görə, müsabiqədə ictimai məktəblərin 7-ci sinifdən 11-ci sinifə qədər olan şagirdləri iştirak edə bilər.

“Müsabiqə nəticəsində üç ən yaxşı şeirin və üç ən yaxşı hekayənin müəllifi seçiləcək. Onlar 2020-ci ilin 8 yanvarında bizim kitabxananın təşkil etdiyi xüsusi tədbirdə mükafatlandırılacaqlar. Müsabiqədə iştirak edənlərin hamısına 2020-ci ilin təqvimi veriləcək və təqvimə qalib gələn işlərdən ifadələr yerləşdirilmiş olacaq və eləcə də xatirə üçün hədiyyələr təqdim olunacaq”, – Lana Xexelaşvili deyir.

Müsabiqədə iştirak etmək istəyənlər hekayə və ya şeirləri kitabxananın elektron ünvanına ( CLOAKING ) göndərə bilərlər. Eləcə də əl yazmaları 2019-cu ilin 30 dekabrına qədər kitabxanaya təqdim edə bilərsiniz.

 

Print Email
FaceBook Twitter Google