2018-2019-illərdə həddi-büluğa çatmamış şəxslərin zorla evləndirilməsi ilə bağlı onlarla hal qeydə alınıb, onlar arasında 14 və 15 yaşlı yeniyetmələr də var
2018-2019-cu ildə Sosial Xidmət Agentliyinə erkən evliliklə bağlı cəmi 195 nəfər müraciət edib. Bundan 3 nəfəri həddi-büluğa çatmamış, 2005-ci il təvəllüdlü şəxs olub.

İPN-ə Sosial Xidmət Agentliyindən verilən məlumata görə, agentliyə erkən evliliklə bağlı 2019-cu ildə 80 mesaj daxil olub. Bundan 21 mesaj 2001-ci il təvəllüdlü, 33 mesaj 2002-ci il təvəllüdlü, 17 mesaj 2003-cü il təvəllüdlü, 7 mesaj 2004-cü il təvəllüdlü, 2 mesaj isə 2005-ci il təvəllüdlü şəxslərlə bağlıdır.

2019-cu ildə İmeretidə erkən evliliklə bağlı 18, Kaxetidə 14, Şida Kartlidə 10, Kvemo Kartlidə 8, Samtsxe-Cavaxetidə 6, Sameqrelo-Zemo Svanetidə 6, Acarıstanda 6, Mtsxeta-Mtianetidə 6, Tbilisidə 5, Quriyada 1 müraciət qeydə alınıb.

Sosial Xidmət Agentliyinin məlumatına görə, erkən evliliklər bağlı 2018-ci ildə mərkəzə 115 mesaj daxil olub. Bundan 1 mesaj 1999-cu, 20 mesaj 2000-ci, 40 mesaj 2001-ci, 40 mesaj 2002-ci, 9 mesaj 2003-cü, 4 mesaj 2004-cü, 1 mesaj 2005-ci il təvəllüdlü şəxslərlə bağlı daxil olub.

2018-ci ildə İmeretidə 29, Kaxetidə 17, Tbilisidə 17, Kvemo Kartlidə 15, Acarıstanda 12, Samtsxe-Cavaxetidə 10, Sameqrelo Zemo Svanetidə 7, Şida Kartlidə 4, Mtsxeta-Mtianetidə 2, Quriyada 2 müraciət qeydə alınıb.

DİN-nin göstəricilərinə gəldikdə isə DİN-dən İPN-ə verilən məlumata görə, 2018-ci ildə cinayət məcəlləsinin 140-cı, 143-cü və 150-ci maddələri ilə nəzərdə tutulmuş mümkün cinayətlə bağlı 176 fakt üzrə istintaqa başlanılıb və cinayətin törədilməsi yaxud konteksti uşaq yaşında evliliklə əlaqədardır. DİN-nin məlumatına görə bu göstəricinin 76% məcəllənin 140-cı maddəsi ilə nəzərdə tutulan cinayətə, 19% məcəllənin 143-cü maddəsi, 5% isə məcəllənin 150-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi faktına aiddir.

DİN-nin məlumatına görə, 16 yaşa çatmamış şəxslə cinsi xarakterli əlaqələrlə bağlı ən çox istintaq Kvemo Kartlidə ən az isə Mtsxeta-mtianetidə başlayıb. DİN-nin məlumatna görə cinayətlərin 5% erkən yaşda evliliyə məcbur edilməklə bağlıdır və belə hallar Kvemo Kartlidə, daha konkret Marneuli və Tetritsğaroda qeydə alınıb.

DİN-də 2019-cu ilin analoji statistik məlumatının hazırlanması indiki mərhələdə nazirliyin İnsan Hüquqlarının Müdafiəsi və İstintaq Keyfiyyətinin Monitorinqi Departamentində həyata keçirilməyib.

DİN-nin analitika departamentinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabrında evliliyə məcbur edilmə maddəsi ilə nəzərdə tutulmuş 4 hadisə ilə bağlı istintaq başlayıb. Həmin maddə ilə 16 yaşa çatmamış şəxslə cinsi xarakterli əlaqələrlə bağlı 150 halda istintaqa başlanılıb. 2018-ci ildə isə həmin maddə ilə 201 hadisə ilə bağlı istintaq aparılır.

Mənbə: İnterPressNews
Print