Dmanisi rayonunda 20 noyabrda yaralanan 29
yaşlı kişi Qela Osepaşvili bir neçə gün əvvəl xəstəxanada dünyasını
dəyişib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan işlə bağlı
qəsdən adamöldürmə ittihamı ilə bir nəfər saxlanılıb. Ancaq
dünyasını dəyişən şəxsin ailə üzvləri saxlanılanın kimliyindən
şübhələnirlər və deyirlər ki, Osepaşvilinin qətlində saxlanılan
deyil başqası günahkardır:
“TV Pirveli” ilə söhbəti zamanı öldürülənin qohumları deyirlər ki,
DİN qatillə əlbirdir, çünki onun qohumu yüksək vəzifədə
çalışır:
“Bizim daxili mənbələrdən məlum olduğu kimi qatilin
qohumu yüksək vəzifədə çalışır və qatilə yardım
edirlər”, - Osepaşvilinin yaxınları “Tv pirveli” ilə
söhbət zamanı deyiblər.
Öldürülənin yaxınlarının izahatına görə, onlar ekspertizaya etibar
etmirlər və özəl ekspertiza keçirməyi planlaşdırırlar.