Qanazlığını təyin edən ən sadə test
Qanazlığı (anemiya) ən yayılmış sağlamlıq
problemlərindən biri sayılır.
Anemiyaya daha sıx-sıx qadın və uşaqlarda təsadüf edilir.
Saglamolun.az bildirir ki, qanazlığının əsas səbəbi qanda
hemoqlobinin səviyyəsinin aşağı olmasıdır. Hemoqlobin qan
hüceyrələri olan eritrositlərinin tərkibində olan xüsusi zülaldır.
Hemoqlobin orqanizmdə "taksi" funksiyasını yerinə yetirir - həyati
vacib olan oksigeni orqan və toxumalarda çatdırır. Hemoqlobinin
strukturuna dəmir atomları daxildir. Məhz bu dəmir atomları qana
spesifik qırmızı rəng verir.
Orqanizmdə dəmir çatışmazlığı zamanı qanazlığı (anemiya) inkişaf
edir. Qanazlığının əsas simptomlarından biri deri və selikli
qişaların rənginin solğul olmasıdır. Qanazlığını təyin edən ən sadə
test də elə məhz bu simptomu aşkar edir.
Güzgünün qarşısında durub aşağı göz qapağını bir qədər aşağı çəkin.
Normada onun rəngi parlaq-çəhrayıdır. Lakin qanazlığı zamanı onun
rəngi solğun-çəğrayı və hətta sarımtıl olur.
Əgər sizdə bu simptom varsa, vaxt itirmədən həkimə müraciət edin.
Qanazlığı çox təhlükəli pozulmadır və bütün orqanizmin fəaliyyətinə
mənfi təsir edir.