Gürcüstanda 3.2 bal gücündə zəlzələ baş verib
Gürcüstanda zəlzələ baş verib. Bu gün, 11 dekabr tarixində Tbilisi vaxtı ilə 10:30-da Laqodexi ərazisində zəlzələ baş verib. Seysmik Monitorinq Mərkəzinin ilkin məlumatına görə, yeraltı təkanların gücü 3.2 bal olub.

Zəlzələnin episentri Gürcüstanın dövlət sərhədindən 9 km məsafədə yerləşən Dağıstan ərazisində qeydə alınıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Print Email
FaceBook Twitter Google