Marneuli meriyasına istilik sistemi üzrə mütəxəssis lazımdır
Marneuli meriyasına müqavilə əsasında yeni əməkdaş qəbul edəcəklər. Bu haqda məlumat bu gün, 11 dekabrda Bələdiyyə Məclisinin iclasında verilib. Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze məsələni müzakirə etmək üçün iclasa çıxarıb və deyib ki, meriyanın müqavilə əsasında işlə təmin etdiyi şəxslərin sayında dəyişiklik olacaq.

“İki vəzifə artır, biri sürücüdür. Xatırladaq ki, meriyada növbətçi maşın var və onun üçün də vəzifə ayrılıb. Növbətçi sürücü olacaq və ikinci vəzifə istilik mövsümü üçün mütəxəssisin qəbul edilməsi olacaq. O, binada istilik sisteminin qurulmasını təmin edəcək və üç, dörd ay ərzində müvəqqəti çalışacaq”,
– Nino Beridze deyib.

Bələdiyyə Məclisinin üzvləri qeyd olunan məsələni dəstəkləyib.

Print Email
FaceBook Twitter Google