“Xoşbəxtlik Era-da olmaqdır” – Era Teatrının yeni üzvü Huri Əsgərova
Birinci kanalın keçmiş jurnalisti Huri Əsgərova “Era” teatrının yeni üzvü olub.

Onun sözlərinə görə, bir müddət əvvəl teatrın təcrübə proqramında iştirak edib, proqramı başa vurduqdan sonra isə müəyyən səbəblərdən aktrisa olaraq teatrda fəaliyyətinə davam etməyib. O, deyir ki, teatr sahəsi elə də asan deyil, lakin sevdiyi sahə olduğu üçün aktrisalığın elə də çətin olmayacağını düşünür.

“Sözsüz ki, teatrda fəaliyyət göstərmək mənim üçün çətin olacaq. Çünki, yetəri qədər təcrübəm yoxdur. Ancaq inanıram ki, az bir müddətdən sonra çox sevdiyim dostum və eyni zamanda teatrın bədii rəhbəri Anar Rafiqoğlu sayəsində istədiyim yerə çatacağam”, – Huri Əsgərova dedi.

O, deyir ki, tamaşaçıların sevilən aktrisası olmaq üçün əlindən gələni edəcək.

Nəyə görə “Era” teatrını seçməsi sualını isə Əsgərova belə cavablandırdı.

Era teatrı qısa müddət ərzində çox böyük uğurlara nail olmuş gənc teatrdır. Eyni zamanda Era teatrı Azərbaycanlı gənclər tərəfindən yaradılmış ilk teatrdır. Onun gələcək uğurlarında mənim də payım olmasını istəyirəm. Sonda yenə Eranın bədii rəhbəri, Anarın da dediyi kimi “Xoşbəxtlik Era-da olmaqdır”, – deyə Huri Əsgərova bildirdi.

Qeyd edək ki, Huri Əsgərova Gürcüstanın Birinci kanalının jurnalisti idi və o, qısa müddətdir ki, Birinci kanaldan ayrılıb və “Era” teatrına üzv olub.

Print Email
FaceBook Twitter Google