Əfqanıstanda baş verən terror aktı nəticəsində Gürcüstan hərbiçiləri yaralanıb
Əfqanistanın Bəhram bazasında baş verən terror aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.

Bu barədə məlumatı Gürcüstannın Müdafiyə Nazirliyi yayır.

“12-ci batalyonun hərbi xidmətçiləri olan kapral Qoça Muradaşvili, Soso Kvinikadze və Roman Qiunaşvili, əsgər İlia Takadze və serjant David Baxurauli terror aktı zamanı xəsarət alıblar. Onların sağlamlıq vəziyyətləri stabildir və yüngül xəsarət aldıqlarına görə xəstəxanaya yerləşdirilməsinə ehdiyac olmayıb. Yüngül xəsarət almalarına baxmayaraq onlar koalisiya qüvvələri ilə bərabər, antiterror əməliyyatlarını davam etdiriblər.

Müdafiyə qüvvələrin idarə mərkəzi fövqəladə rejimdə işləyir və müdafiyə qüvvələrinin rəhbəri general-leytenant Vladimer Çaçibaia və Gürcüstanın Müdafiyə Naziri İrakli Qaribaşvili yaranan vəziyyəti fövqəladə otaqdan bir başa rejimdə izləyirlər”,
– Nazirliyin məlumatında deyilir.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google