“Energo-pro-Georgia” - Enerji şirkəti üçün ağır il idi
“Energo-pro-Georgia”
2019-cu ilin 3-cü rübündə Gürcüstanda həyata keçirilmiş birbaşa
xarixi investisiyalarla (12 milyon dollar) investorların TOP-10
düşüb.
Bununla yanaşı
şirkətdən bildirirlər ki, cari il enerji şirkəti üçün ağır il
olub.
“Çox ağır il idi və ona görə də FDİ keçən illə
müqayisədə azalıb”, – şirkətdən birbaşa
investisiyalarla bağlı danışarkən bildirdilər. BM.Ge-nin birbaşa
xarici investisiyaların müqayisədə niyə azalması ilə bağlı suala
cavab veriblər ki, əsas səbəblərdən biri ölkədə alınacaq elektrik
enerjisinin qiymətinin artmasıdır.
“Elektrik enerjisinin hidrogenerasiyası azalıb və bu bizim
alış-satışımıza zərər vurdu. İdxal edilmiş və planlaşdırdığımızdan
daha baha elektrik enerjisi almalı oluruq”, -
“Energo-pro-Georgia”-dan bildirirlər.
Qeyd etmək lazımdır ki, Statistika Xidmətinin məlumatına görə, cari
ilin üçüncü rübündə energetika sektorunda $39.70 mln dollarlıq
investisiya qoyub. Artım keçən illə müqayisədə 0%-dir. Ümumi olaraq
üçüncü rübdə Gürcüstanda birbaşa xarici investisiyalar şəklində
cəmi 417.3 mln dollar təşkil edib. Bu isə 2018-ci ilin III rübünün
dəqiq göstəricilərindən 13,7% artıqdır. 2019-cu ilin 9 ayında
Gürcüstana $908.9 milyon dollarlıq investisiya daxil olub, bu isə
2018-ci illə müqayisədə 17% azdır.
Mənbə: bm.ge