Rustavi meriyası girişdə şəhərin adının qeyd olunduğu konstruksiyanın qurulması üçün bir milyon lariyə qədər vəsait xərcləyəcək
Rustavi meriyası girişdə şəhərin adının qeyd olunduğu konstruksiyanın qurulması üçün bir milyon lariyə qədər vəsait xərcləməyi planlaşdırır. Müvafiq tenderi Rustavi bələdiyyəsi artıq elan edib və tenderin dəyəri 909 548 laridir.

Təkliflərin qəbulu 30 yanvarda başlayacaq və 4 fevrala qədər davam edəcək. Tenderdə qalib gələcək şirkət müqavilə bağlandıqdan etibarən 150 gün ərzində işləri tamamlamalıdır.

Tender sənədlərində yazıldığına görə, şəhərin adının yazıldığı konstruksiyalar düzəldilməli, yol, hasar çəkilməli, çiçəklər əkilməli və küçə işıqları quraşdırılmalıdır.



Mənbə: bm.ge
Print