Hamilə qadın dünyasını dəyişib
Telavidə, Vanta kəndində 21 həftəlik hamilə olan gənc qadın dünyasını dəyişib. Məlumata görə, 30 yaşlı qadının bir neçə gün əvvəl yüksək temperaturu olub. Onun ölümünə virus infeksiyasının səbəb olduğu güman edilir.

Levan Samxarauli adına məhkəmə-tibbi ekspertizası Qurcaani Milli Bürosunda cəsədin ekspertizasını aparıb.

DİN-dən “İnfo Rustaviyə” bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır.

Mənbə: inforustavi.ge
Print