Rustavidə, Yağlıcada qəza baş verib (Video)
Rustavidə, Yağlıcada baş vermiş qəza nəticəsində 2 kişi dünyasını dəyişib.

Dünyasını dəyişənlər etnik azərbaycanlılar, 19 yaşlı Etibar və 31 yaşlı Sərxan olub.

“İnfo Rustavi”nin məlumatına görə, gənclər “Mercedes” markalı avtomobillə Rustaviyə qonaq gedirlərmiş. Sürücü idarəetməni itirərək yoldan çıxıb və avtomobil bir neçə dəfə aşıb.

Xatırladaq ki, qəza nəticəsində hər iki kişi yerindəcə dünyasını dəyişib.

Qəza Rustavi-Qırmzı Körpü magistralında, Rustaviyə 1 km məsafədədə Yağlıcada baş verib.

Mənbə: inforustavi.ge
Print Email
FaceBook Twitter Google