Azərbaycanın Gürcüstandakı səfirliyinin işçisinin yaratdığı qalmaqala görə müğənnilər polis çağırmalı oldular
Marneulili müğənni Anar Əsgərovun və Afiq Novruzovun Köhnə Yeni il münasibəti ilə təşkil etdikləri konsert proqramında qalmaqal yaşanıb.

Tbilisi şəhərində "Qəbələ Səbəti" restoranında baş tutan konsert proqramında yaşanan qalmaqalla bağlı Anar Əsgərov və reper Afiq Novruzov video paylaşım ediblər.

"Dünən hər zaman olduğu kimi Qəbələ Səbətində çıxış edirdik, bir sıra qonaqlar var idi orada. Azərbaycan Səfirliyinin adamları da var idi. 20-yə yaxın adam gəlmişdi. Onlar üçün ifalar etdik, cənab prezident İlham Əliyevə yazdığımız ifanı səsləndirdik, Anar Türkün Bayrağı ifasını etdi. Aralarından bir dənə Azərbaycan Səfirliyində işləyən belə bir harınlamış məmur, deyilənə görə baş katibdir bilmirəm. Bu harınlamış məmur gəldi Anara və mənə lazım olmayan sözlər dedi, təhqir etdi, əl-qol atdı. Deyirlər içkili idi heç maraqlı deil, fərq etməz. Bizə hücum etdilər sonra orada olanlar polis çağırdılar. Çoxlu sayda polis gəldi, patrul gəldi, kriminal polis gəldi. Adını Vüqar deyirlər bilmirik, bizə və qonaqlara ağzına gələni dedi. Nəinki bizə Azərbaycandan Türkiyədən gələn qonaqları təhqir etdi, ağzına gələni dedi. Biz o Səs Türkiyəyə gedəndə, başqa ölkəyə gedəndə Azərbaycanın adını çəkirik. Bu insan isə nə o, qonaqları nə polisləri saymadı. Qonaqlarımızı biabır etdilər. Mən burada olan Səfirdən, Cənab Dursun müəllimdən xahiş edirəm belə insanları işdən uzaqlaşdırsınlar. Bu gün bizə etdilər bu hərəkəti sabah isə sizə edəcəklər. Biz hər zaman cənab İlham Əliyevə dəstək olmuşuq, Azərbaycanla fəxr etmişik bu gün nəyə görə bizə qarşı bu hörmətsizlik oldu başa düşə bilmirik", - Afiq Novruzov dedi.

Afiq Novruzov daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun məsələ ilə maraqlanmasını və həmin şəxsin işdən atılmasını xahiş etdi.

Həmin videonu sizə təqdim edirik.

Print Email
FaceBook Twitter Google