Afiq Novruzovun sözlərinə görə Azərbaycan səfirliyinin nümayəndəsi ona mahnıya görə hücum edib
Marneulili müğənni Afiq Novruzov Tbilisi şəhərində restoranda yaşanan qalmaqalla bağlı yeni bir video-müraciət paylaşıb. O, video-müraciətdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, konsert proqramında qalmaqala səbəb olan şəxsin cəzalandırılmasını istəyir.

Afiq Novruzov onu da əlavə edib ki, onlar Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənovla da görüşüblər.

"Əziz dostlar, sizlərin hər birini salamlayıram. Təşəkkür edirəm ki, bizə dəstək olursunuz. Mənə və Anara. Var olun. Yaşasın bütün xalqımız. Yaşayın, var olun. Əziz dostlar, mən istəyirəm ki, bizim bu davada bizə dəstək olasınız. Sonuna qədər biz getməliyik. Deməli, dünən bir kanala da müsahibə vermişdik. Anarla birlikdə. "Mtavari" kanalına. Orada da qeyd etmişdik ki, bizə rus mahnısı sifariş etmişdilər və bizə fleş kartda gətirib vermişdilər. Çünki orada gürcü qonaqları da var idi. Azərbaycanlı qonaqlar da var idi. Türk qonaqlar da var idi və s. və o, elə başa düşmüşdü ki, erməni mahnısı idi. Bir nümayəndə, bir səfirin müavini, əgər erməni dili ilə rus dilini seçə bilmirsə, mən başa düşə bilmirəm. Mahnının adı Devuşka stopdur. Devuşka stop adlı mahnı gedirdi. Bugünkü günü mənə saxta profillərdən, o, da pul buraxır bilmirəm nə edir bilmirəm, mənə də yazırlar ki, təxribat yaratmaq istəyirlər. Dünən cənab səfir də bizi çağırdı. Cənab səfir də bizdən xahiş etdi ki, videonu silək. Mən dedim yox. Mən silməyəcəyəm. Sonuna qədər gedəcəyəm. O, insan cəzasını almalıdır. Bizə dəstək olun. Sizdən çox-çox xahiş edirəm. O, insanın cəzasını verək", – Afiq Novruzov deyib.

Qeyd edək ki, adı çəkilən mahnı erməni əsilli Türkmənistanlı müğənni Аrsen Şaxunts tərəfindən rus dilində ifa olunub.

Xatırladaq ki, Marneulili müğənni Anar Əsgərovun və Afiq Novruzovun Köhnə Yeni il münasibəti ilə Tblisidə restoranların birində təşkil olunmuş konsertində qalmaqal yaşanıb. Onların iddia etdiyinə görə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi onları təhqir edib.

Həmin videonu sizə təqdim edirik.

Print Email
FaceBook Twitter Google