Tbilisidə qəza baş verib, ölən var
Tbilisidə,
Vaşlicvaridə yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, iki
minik avtomobili toqquşub və nəticədə bir nəfər dünyasını
dəyişib,
dörd nəfər xəsarət
alıb.
DİN-dən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, faktla
bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsi ilə
istintaq aparılır. Həmin maddə nəqliyyatın hərəkəti zamanı
təhlükəsizlik, yaxud istismar qaydasının insan ölümü ilə
nəticələnən pozulmasını nəzərdə tutur.