Senat ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosesinə başladı
Amerika Birləşmiş Ştatları Senatında prezident Donald Trampın impiçmenti prosesi başlayıb. Senatorlar ABŞ Ali Məhkəməsinin sədri Con Roberts qarşısında and içiblər.

Xatırladaq ki, Donald Trampın impiçment prosesi Ukrayna prezidenti Vladimir Zelenskiyə etdiyi telefon danışığına görə başlayıb.

Məlum olduğu kimi, ABŞ prezidenti ukraynalı həmkarından siyasi rəqibi Co Bayden və oğlu Hanter Baydenə qarşı istintaq başlatmasını istəmişdi. ABŞ Nümayəndələr Palatası Trampın impiçmentini artıq təsdiqləyib.

Print Email
FaceBook Twitter Google