ABŞ-ın Gürcüstandakı yeni səfiri Keli Deqnan and içib
ABŞ-ın Gürcüstandakı yeni səfiri Keli Deqnan and içib və o, yaxın gələcəkdə Gürcüstana gələcək. Bu haqda məlumatı ABŞ səfirliyi yayıb.

“Səfirmiz Keli Deqnani and içmə münasibəti ilə təbrik edirik! Onu səbirsizliklə Gürcüstanda gözləyirik”, – səfirliyin rəsmi Facebook səhifəsi yazır.

ABŞ senatı Keli Deqnanı ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə 2019-cu ilin 20 dekabrında təsdiq edib.

2018-ci ilin aprelindən ABŞ-ın Gürcüstanda səfiri yoxdur. Səfir Yan Keli məhz həmin vaxt səlahiyyətini başa vurmuşdu.

Deqnan karyera baxımından diplomatdır və son vaxtlara qədər ABŞ-ın sərhəd qüvvələrinin Avropa rəhbərliyinin siyasi müşaviri olub. O, eləcə də İtaliyada ABŞ-ın missiyasının rəhbər müavini olub, həmçinin Dövlət Departamentinin icraçı katibinin müavini, Kosovodakı ABŞ missiyasının rəhbər müavini olaraq çalışıb.

Ağ Evin məlumatına görə, 25 illik karyerası ərzində Keli Deqnan ABŞ-ın nümayəndəliyində, eləcə də NATO (Belçika), Ankarada (Türkiyə) və.s çalışıb.

Deqnan bakalavr təhsilini Northwestern University-nin jurnalistika bölməsində alıb, Cənubi Kaliforniya Universitetində isə hüquq elmləri doktor elmi dərəcəsi alıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google