31 deputat bəyannaməni səhv doldurduğuna görə cərimələnib
Gürcüstan
parlamentinin 31 deputatı səhv doldurduğu əmlak bəyannaməsinə görə
cərimələnib.
Bu haqda vəzifəli şəxslərin əmlak durumu bəyannaməsinin 2019-cu
ilin monitorinq nəticələrinin hesabatında qeyd olunub. Hesabat
ictimai xidmət bürosu tərəfindən hazırlanıb.
Cərimələnən deputatlar bunlardır:
- Zviad Kvacantiradze –
bəyannamədə həyat yoldaşının sahibkarlıq işlərində iştirak etdiyini
qeyd etməyib.
- Levan Kobiaşvili -
sahibkarlıq işlərində iştirak etdiyini, həyat yoldaşının əmək
haqqından olan gəlirini qeyd
etməyib.
- Quram Macaraşvili –
Daşınmaz əmlakda
uyğunsuzluq.
- Erekle Tripolski –
Fəaliyyət göstərməməsinə baxmayaraq sahibkarlıq işi bəyannamədə
qeyd edilməyib.
- Qoça Enukidze –
Bəyannamədə bir dəfəyə 3000 laridən artıq olan gəliri və 5000
laridən artıq xərci qeyd
olunmayıb.
- Zaza Kedelaşvili –
Bəyannamədə birdəfəlik xərc qeyd
olunmayıb.
- Samvel Manukiani –
Bəyannamədə qeyd olunan onun ailə üzvünün adına olan daşınmaz əmlak
İctimai Reyestrlə təsdiqlənməyib, eləcə də onun ailə üzvünün
daşınmaz əmlakı qeyd olunmayıb. Büro tərəfindən tələb olunan sənəd
hissəsinin təqdim olunmaması; Onun sahibkarlıq işindən əldə etdiyi
gəlirin səhv qeyd edilməsi. Onun və ailə üzvünün əmək haqqı qeyd
olunmayıb.
- Simon Nozadze – onun
və ailə üzvünün əmlakında olan daşınmaz əmlak bəyannamədə qeyd
olunmayıb. Eləcə də bəyannamədə qeyd olunan daşınmaz əmlak İctimai
reyestrlə təsdiqlənməyib. Bank hesablarında olan qalığın səhv qeyd
olunması; Onun ailə üzvünün bank hesabı qeyd olunmayıb. Onun aldığı
əmək haqqında səhv qeydə
alınıb.
- Mixeil Qavelaşvili –
müqavilə əsasının maddi nəticə ilə uyğunsuzluğu. Onun və ailə
üzvlərinin bank hesabının təqdim olunmaması. Ailə üzvü tərəfindən
əldə olunan əmək haqqı qeyd
olunmayıb.
- İvliane Tsualia – Onun
əldə etdiyi gəlirin səhv qeyd
olunması.
- İrakli Xaxubaia-
Əmlakında olan daşınmaz əmlakın sahəsində səhv, eləcə də
bəyannamədə İctimai Reyestrdə təsdiqlənməyən daşınmaz əmlak qeyd
olunub. Büro tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması.
Onun ailə üzvünün sahibkarlıq işində iştirakı qeyd olunmayıb. Onun
adına olan müqavilə qeyd olunmayıb. 3000 laridən artıq olan
birdəfəlik gəlir və 5000 laridən artıq olan xərc qeyd
olunmayıb.
- Enzel Mkoiani – Bank
hesabları hissəsində: bank hesabları təqdim olunmayıb. Sahibkarlıq
işləri hissəsində: ailə üzvünün bəyan edilməmiş MMC təşkilatı.
Gəlirlər hissəsində: gəlirdə
fərqlilik.
- İlia Nakaşidze –
Əmlak; Bank hesabları hissəsində: ailə üzvlərinin bəyan edilməmiş
bank hesabları. Sahibkarlıq işlərində: ailə üzvlərinin bəyan
edilməmiş MMC təşkilatı.
- Viktor Caparidze –
daşınmaz əmlak hissəsində: bəyan edilməmiş daşınmaz əmlak. Bank
hesabları hissəsində: bank hesablarının təqdim
olunmaması.
- Qriqol Mikeladze –
daşınmaz əmlak hissəsində: ailə üzvünün bəyan edilməmiş daşınmaz
əmlakı. Gəlirlər hissəsi: gəlirlərdə
fərqlilik.
- Koba Nağopia –
Bəyannamənin doldurulması tarixinə görə bank hesabında qalan qalıq
səhv qeyd olunub. Müqavilələr tam təqdim
olunmayıb.
- Elquca Qotsiridze –
Ailə üzvlərinin bank hesabının qeyd olunmaması, özünün başqa
gəliri-xərcinin qeyd
olunmaması.
- Laşa Damenia – ailə
üzvünün maaşının qeyd
olunmaması.
- Otar Danelia – Ailə
üzvünün hesablarının təsvir olunmaması. Bəzi hesabın təqdim
olunmaması, müqavilələrin göstərilməməsi, özünün başqa
gəlir-xərclərinin təsvir
olunmaması.
- Beka Natsvlişvili -
özünün və ailə üzvünün bank hesabı səhv qeyd olunub. Müqavilələr
təsvir edilməyib və bir hissəsi
göstərilib.
- Beka Odişaria – özünün
və ailə üzvünün daşınmaz əmlakının qeyd olunmaması, öz qalıqlarında
səhv etmək və özü və ailə üzvünün hesabatının qeyd edilməməsi,
özünün və ailə üzvünün sahibkarlığının qeyd olunmaması, öz
müqaviləsinin maddi nəticəsində səhv, ailə üzvünün müqaviləsinin
göstərilməməsi, özünün və ailə üzvünün başqa gəlirinin/xərcinin
səhv göstərilməsi;
- Nino Tsilosani – ailə
üzvünün daşınmaz əmlakının qeyd olunmaması və sahənin qeyd
edilməməsində seəhv etmək, özünün sahibkarlığını qeyd etməmək, əmək
haqqının göstərilməməsi;
- Leri Xabelovi – özünün
daşınmaz əmlakını göstərməmək, sahibkarlıq işinin təsvir
olunmaması, əmək haqqının səhv qeyd olunması, tələb olunan
sənədlərin təqdim
olunmaması.
- Mamuka Çikovani –
qalıq və gəlirlərdə
uyğunsuzluq.
- Davit Cicinadze –
Gəlirlərdə səhv.
- Dimitri Xundadze –
Gələn gəlirlərdə səhv.
- Qiorqi Qviniaşvili –
özünün və ailə üzvünün əmlakında olan daşınmaz əmlak bəyannamədə
qeyd olunmayıb, eləcə də bəyannamədə təsvir olunan daşınmaz əmlak
İctimai Reyestrdə təsdiq olunmayıb. Onun bank hesablarında olan
qalıqlarda səhv, eləcə də onun ailə üzvlərinin bank hesablarının
qeyd olunmaması.
- Koba Kobaladze –
özünün və övladının adına olan daşınan əmlak təsvir olunmayıb.
Övladının bank hesabını qeyd etməyib. Ailə üzvlərinin gəlirini qeyd
etməyib.
- Qoderdzi Çankseliani-
daşınmaz əmlakın sahəsində səhv. Övladının sahibkarlıq işi haqqında
məlumat verməyib. 3000 laridən artıq olan birdəfəlik gəlirləri qeyd
etməyib.
Eləcə də keçmiş
deputatlar:
- Zakaria Kutsnaşvili –
ailə üzvü tərəfindən alınan əmək haqqında səhv. 5000 laridən artıq
olan birdəfəlik xərc qeyd
olunmayıb.
- Şota Şalelaşvili -
əmlakında olan 2 daşınmaz əmlak qeyd
olunmayıb.
Hesabata görə, 2019-cu
il ərzində 596 bəyannamədə monitorinq aparılıb. Yoxlanılan
bəyannamələrdən: 237 vəzifəli şəxsin bəyannaməsi müsbət
qiymətləndirilib, 254 nəfər cərimələnib, 75 nəfər xəbərdarlıq
edilib, 27 vəzifəli şəxslə bağlı monitorinq dayandırılıb, 1
prokurorluğa göndərilib, məhkəmə tərəfindən 2 vəzifəli şəxslə bağlı
iş dayandırılıb.