31 deputat bəyannaməni səhv doldurduğuna görə cərimələnib
Gürcüstan parlamentinin 31 deputatı səhv doldurduğu əmlak bəyannaməsinə görə cərimələnib.

Bu haqda vəzifəli şəxslərin əmlak durumu bəyannaməsinin 2019-cu ilin monitorinq nəticələrinin hesabatında qeyd olunub. Hesabat ictimai xidmət bürosu tərəfindən hazırlanıb.

Cərimələnən deputatlar bunlardır:
  • Zviad Kvacantiradze – bəyannamədə həyat yoldaşının sahibkarlıq işlərində iştirak etdiyini qeyd etməyib.
  • Levan Kobiaşvili - sahibkarlıq işlərində iştirak etdiyini, həyat yoldaşının əmək haqqından olan gəlirini qeyd etməyib.
  • Quram Macaraşvili – Daşınmaz əmlakda uyğunsuzluq.
  • Erekle Tripolski – Fəaliyyət göstərməməsinə baxmayaraq sahibkarlıq işi bəyannamədə qeyd edilməyib.
  • Qoça Enukidze – Bəyannamədə bir dəfəyə 3000 laridən artıq olan gəliri və 5000 laridən artıq xərci qeyd olunmayıb.
  • Zaza Kedelaşvili – Bəyannamədə birdəfəlik xərc qeyd olunmayıb.
  • Samvel Manukiani – Bəyannamədə qeyd olunan onun ailə üzvünün adına olan daşınmaz əmlak İctimai Reyestrlə təsdiqlənməyib, eləcə də onun ailə üzvünün daşınmaz əmlakı qeyd olunmayıb. Büro tərəfindən tələb olunan sənəd hissəsinin təqdim olunmaması; Onun sahibkarlıq işindən əldə etdiyi gəlirin səhv qeyd edilməsi. Onun və ailə üzvünün əmək haqqı qeyd olunmayıb.
  • Simon Nozadze – onun və ailə üzvünün əmlakında olan daşınmaz əmlak bəyannamədə qeyd olunmayıb. Eləcə də bəyannamədə qeyd olunan daşınmaz əmlak İctimai reyestrlə təsdiqlənməyib. Bank hesablarında olan qalığın səhv qeyd olunması; Onun ailə üzvünün bank hesabı qeyd olunmayıb. Onun aldığı əmək haqqında səhv qeydə alınıb.
  • Mixeil Qavelaşvili – müqavilə əsasının maddi nəticə ilə uyğunsuzluğu. Onun və ailə üzvlərinin bank hesabının təqdim olunmaması. Ailə üzvü tərəfindən əldə olunan əmək haqqı qeyd olunmayıb.
  • İvliane Tsualia – Onun əldə etdiyi gəlirin səhv qeyd olunması.
  • İrakli Xaxubaia- Əmlakında olan daşınmaz əmlakın sahəsində səhv, eləcə də bəyannamədə İctimai Reyestrdə təsdiqlənməyən daşınmaz əmlak qeyd olunub. Büro tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması. Onun ailə üzvünün sahibkarlıq işində iştirakı qeyd olunmayıb. Onun adına olan müqavilə qeyd olunmayıb. 3000 laridən artıq olan birdəfəlik gəlir və 5000 laridən artıq olan xərc qeyd olunmayıb.
  • Enzel Mkoiani – Bank hesabları hissəsində: bank hesabları təqdim olunmayıb. Sahibkarlıq işləri hissəsində: ailə üzvünün bəyan edilməmiş MMC təşkilatı. Gəlirlər hissəsində: gəlirdə fərqlilik.
  • İlia Nakaşidze – Əmlak; Bank hesabları hissəsində: ailə üzvlərinin bəyan edilməmiş bank hesabları. Sahibkarlıq işlərində: ailə üzvlərinin bəyan edilməmiş MMC təşkilatı.
  • Viktor Caparidze – daşınmaz əmlak hissəsində: bəyan edilməmiş daşınmaz əmlak. Bank hesabları hissəsində: bank hesablarının təqdim olunmaması.
  • Qriqol Mikeladze – daşınmaz əmlak hissəsində: ailə üzvünün bəyan edilməmiş daşınmaz əmlakı. Gəlirlər hissəsi: gəlirlərdə fərqlilik.
  • Koba Nağopia – Bəyannamənin doldurulması tarixinə görə bank hesabında qalan qalıq səhv qeyd olunub. Müqavilələr tam təqdim olunmayıb.
  • Elquca Qotsiridze – Ailə üzvlərinin bank hesabının qeyd olunmaması, özünün başqa gəliri-xərcinin qeyd olunmaması.
  • Laşa Damenia – ailə üzvünün maaşının qeyd olunmaması.
  • Otar Danelia – Ailə üzvünün hesablarının təsvir olunmaması. Bəzi hesabın təqdim olunmaması, müqavilələrin göstərilməməsi, özünün başqa gəlir-xərclərinin təsvir olunmaması.
  • Beka Natsvlişvili - özünün və ailə üzvünün bank hesabı səhv qeyd olunub. Müqavilələr təsvir edilməyib və bir hissəsi göstərilib.
  • Beka Odişaria – özünün və ailə üzvünün daşınmaz əmlakının qeyd olunmaması, öz qalıqlarında səhv etmək və özü və ailə üzvünün hesabatının qeyd edilməməsi, özünün və ailə üzvünün sahibkarlığının qeyd olunmaması, öz müqaviləsinin maddi nəticəsində səhv, ailə üzvünün müqaviləsinin göstərilməməsi, özünün və ailə üzvünün başqa gəlirinin/xərcinin səhv göstərilməsi;
  • Nino Tsilosani – ailə üzvünün daşınmaz əmlakının qeyd olunmaması və sahənin qeyd edilməməsində seəhv etmək, özünün sahibkarlığını qeyd etməmək, əmək haqqının göstərilməməsi;
  • Leri Xabelovi – özünün daşınmaz əmlakını göstərməmək, sahibkarlıq işinin təsvir olunmaması, əmək haqqının səhv qeyd olunması, tələb olunan sənədlərin təqdim olunmaması.
  • Mamuka Çikovani – qalıq və gəlirlərdə uyğunsuzluq.
  • Davit Cicinadze – Gəlirlərdə səhv.
  • Dimitri Xundadze – Gələn gəlirlərdə səhv.
  • Qiorqi Qviniaşvili – özünün və ailə üzvünün əmlakında olan daşınmaz əmlak bəyannamədə qeyd olunmayıb, eləcə də bəyannamədə təsvir olunan daşınmaz əmlak İctimai Reyestrdə təsdiq olunmayıb. Onun bank hesablarında olan qalıqlarda səhv, eləcə də onun ailə üzvlərinin bank hesablarının qeyd olunmaması.
  • Koba Kobaladze – özünün və övladının adına olan daşınan əmlak təsvir olunmayıb. Övladının bank hesabını qeyd etməyib. Ailə üzvlərinin gəlirini qeyd etməyib.
  • Qoderdzi Çankseliani- daşınmaz əmlakın sahəsində səhv. Övladının sahibkarlıq işi haqqında məlumat verməyib. 3000 laridən artıq olan birdəfəlik gəlirləri qeyd etməyib.
Eləcə də keçmiş deputatlar:
  • Zakaria Kutsnaşvili – ailə üzvü tərəfindən alınan əmək haqqında səhv. 5000 laridən artıq olan birdəfəlik xərc qeyd olunmayıb.
  • Şota Şalelaşvili - əmlakında olan 2 daşınmaz əmlak qeyd olunmayıb.
Hesabata görə, 2019-cu il ərzində 596 bəyannamədə monitorinq aparılıb. Yoxlanılan bəyannamələrdən: 237 vəzifəli şəxsin bəyannaməsi müsbət qiymətləndirilib, 254 nəfər cərimələnib, 75 nəfər xəbərdarlıq edilib, 27 vəzifəli şəxslə bağlı monitorinq dayandırılıb, 1 prokurorluğa göndərilib, məhkəmə tərəfindən 2 vəzifəli şəxslə bağlı iş dayandırılıb.

Mənbə: Netgazeti
Print