"Gəlin finalı gözləyək" - Qaxaria vəzifəsini tərk etməsi ilə bağlı
20:48 / 19.01.2020
“Gəlin finalı
gözləyək. Tələsməyin, finalı gözləyək və görəcəyik”, - Baş nazir
Qiorqi Qaxaria vəzifəsini tərk edib etməməsi ilə bağlı
jurnalistlərin sualına belə cavab verib.
Qaxaria bu məsələ ilə bağlı əlavə şərh verməyib.
“Siz elə vurğulayaraq soruşursunuz? Final seriyasını gözləyin”, -
Qaxaria jurnalistlərə deyib.
“Pirveli” teleşitkərinin məlumatına görə, hökumətdə dəyişikliklər
planlaşdırılır və nəticədə Baş nazir Qiorqi Qaxaria vəzifəsini tərk
edəcək.
“Pirveli” bu haqda İnfrastruktur naziri Maia Tsikitişviliyə bu
haqda sual verib və o, bildirib ki, bu “qeyri-adekvatik sualdır”.
Qeyd olunan məlumatı Xarici İşlər naziri Davit Zalkaliani də inkar
edib.
İqtisadiyyat naziri Natia Turnava isə jurnalistlərin sualına belə
cavab verib:
“Ha, ha, ha... siz Tv Pirvelisiniz. Məncə sizin televiziya 3-4 ay
bundan əvvəl mənim istefa verdiyimi qeyd etmişdiniz. O, necə
həqiqət oldusa bu da elə olacaq. Qeyri-ciddidir”.
Qiorqi Qaxaria 2019-cu ilin sentyabrında Daxili İşlər naziri
vəzifəsini tutub. Mülki fəallar və müxalifət 20-21 iyun
aksiyalarına görə onun istefasını tələb edirlər, ancaq 8 sentyabrda
onu Baş nazir olaraq təyin edilib.