Bolnisidə "20 yanvar" faciəsinə həsr olunmuş anım tədbiri keçirilib (FOTO/VİDEO)
Bu gün, 19 yanvar tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Bolnisi rayonunun Faxralı (Talaverdi) kəndində "20 yanvar" faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbir keçirildi. Tədbir 20 yanvar günü Faxralı kənd sakini Şəhid Əhmədov İlqar Hümbət oğlunun qəbrini ziyarətlə başladı.

Anım tədbirinin ruhani Əli Qəmbərov açaraq, Şəhidin ruhuna dualar oxundu, məzarı üstünə qərənfillər düzüldü. Daha sonra GAK-ın sədri Hüseyn Yusubova söz verildi.

Hüseyn Yusubov öz çıxışında "20 yanvar" günü şəhid olan qəhrəmanların, həmin günü, Dünya Azərbaycanlılarının Qəhrəmanlıq Səlnaməsinə qızıl hərflərlə yazdığını bildirdi.

Daha sonra tədbirdə çıxış edən ziyalılar "20 yanvar" günü baş verən hadisələr haqda məlumatlar verdilər.

Tədbirdə dövlət nümayəndələri, Gürcüstan Parlamentinin Sabiq deputatları Hidayət Hüseyinov və Ramiz Bəkirov, Faxralı kənd ictimai məktəblərinin şagirdləri və kollektivi, elin ziyalıları, gənclər və maraqlanan şəxslər iştirak etdilər.

Şəhid İlqar Əhmədovun qəbrinə ziyarət mərasimi Faxralı məktəblilərinin səsləndirdiyi şeirlərlə yekunlaşdı.

Qeyd edək ki, 20 Yanvar faciəsi zamanı altı nəfər Gürcüstan azərbaycanlısı şəhid olub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google