2019-cu ildə Gürcüstanda qəza nəticəsində dünyasını dəyişən hər beş nəfərdən biri piyada olub
DİN-nin Statistikasına görə, 2019-cu ildə Gürcüstanda qəza hadisələri nəticəsində 481 nəfər dünyasını dəyişib, 7 921 nəfər xəsarət alıb. Statistikaya əsasən yol nəqliyyat hadisəsinin sayı 2019-cu ilin dörd rübündə də artıb. DİN-nin məlumatına görə, 43 970 qəza baş verib.

Eləcə də 2019-cu ildə piyadaların iştirakı ilə ümumilikdə 1 400 qəza baş verib. 102 nəfər dünyasını dəyişib, 1 468 nəfər xəsarət alıb. Velosiped idarə edən zaman cəmi 47 nəfər qəzaya düşüb, 3 nəfər dünyasını dəyişib, 45 nəfər xəsarət alıb. Motosikl idarə edənlərdən 161 qəzada 3 nəfər dünyasını dəyişib, 171 nəfər xəsarət alıb.

Birinci rübün göstəricilərinə görə:
  • Dünyasını dəyişib – 116 nəfər;
  • Xəsarət alıb – 1 779 nəfər;
  • Yol nəqliyyat hadisələrinin sayı (276-cı maddə) – 1 302 nəfər;
  • Yol nəqliyyat hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 8 369 nəfər.
İkinci rübün göstəricilərinə görə:
  • Dünyasını dəyişib – 108 nəfər
  • Xəsarət alıb – 1 929 nəfər
  • Yol nəqliyyat hadisələrinin sayı (276c-ı maddə) – 1 427 nəfər;
  • Yol nəqliyyat hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 9 175 nəfər.
Üçüncü rübün göstəricilərinə görə:
  • Dünyasını dəyişib – 113 nəfər
  • Xəsarət alıb – 2 176 nəfər
  • Yol nəqliyyat hadisələrinin sayı (276c-ı maddə) – 1 544 nəfər
  • Yol nəqliyyat hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 9 805 nəfər
Dördüncü rübün göstəricilərinə görə:
  • Dünyasını dəyişib – 144 nəfər
  • Xəsarət alıb – 2 037 nəfər
  • Yol nəqliyyat hadisələrinin sayı – 1 566 nəfər
  • Yol nəqliyyat hadisələrinin sayı (İnzibati xətalar məcəlləsinə görə) – 10 782 nəfər.
2018-ci ilin göstəricilərinə görə, yol nəqliyyat hadisələri zamanı 459 nəfər dünyasını dəyişib və 9 047 nəfər xəsarət alıb. Ümumilikdə həmin ildə 41 118 qəza baş verib.

Mənbə: On
Print Email
FaceBook Twitter Google