İstintaq Xidməti böyük miqdarda saxta pulun istifadəyə verilməsi ittihamı ilə bağlı bir nəfəri saxlayıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində böyük miqdarda saxta pulun istifadəyə verilməsi ittihamı ilə bağlı bir nəfəri saxlayıb.

“İstintaq nəticəsində aydın olub ki, müttəhim Tbilisidə saxta 50 dollarlıq əsginasları istifadəyə verib. Aparılan istintaq nəticəsində ümumi hesabla 16 550 ABŞ dolları dəyərində saxta əsginas aşkarlanıb.

Gürcüstanın cinayət məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Həmin maddə cəza olaraq 7 ildən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur”,
- İstintaq Xidmətindən bildirirlər.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google